Gəncə şəhərində orta məktəb şagirdləri arasında zəhərlənmə qeydə alınıb.
FED.az “Qafqazinfo”ya istinadən, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
Belə ki, bir neçə şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara tibbi yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Dönərdən zəhərlənən məktəblilərin adları məlum olub.
Onlar 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.










