İmkansız ailələrin, xüsusilə xəstəliklə bağlı pensiya alanların dərman vasitələrinə əlçatanlığı təmin edilməlidir.
Deputat: "73 manatlıq əvəzinə ölkəyə 230 manatlıq dərman gətirilir"
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, dərmanların keyfiyyəti ilə bağlı da Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb: “Əsas istifadə edilən dərman vasitələrinə əlavə dəyər vergisi ya azaldılsın, ya da dərman vasitələri əlavə dəyər vergisindən azad edilsin”. (Apa)