ABŞ Prezidenti Co Bayden bildirib ki, koronavirusun yeni ştammının aşkarlanması əqli mülkiyyətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması zərurətini təsdiqləyir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Eləcə də bax: Təhlükəli koronavirus variantı aşkar edilib - DAHA YOLUXUCUDUR VƏ PEYVƏND TƏSİR ETMİR
Bayden xüsusi olaraq vurğulayıb ki, dünyada bütün insanlar peyvənd edilməyincə pandemiya bitməyəcək: "Koronavirusun yeni variantı haqqında xəbərlər onu deməyə əsas verir ki, peyvəndləmə qloballaşmayana qədər pandemiya bitməyəcək. Bu, özünü həmişəkindən daha aydın şəkildə göstərməkdədir”.