Alimlər Cənubi Afrikada mutasiyaya uğramış yeni bir Covid-19 variantı (ştammı) aşkar etdiklərini açıqlayıblar. Çoxlu sayda fərqli mutasiyaları özündə birləşdirən B. 1.1.529 adlı variant narahatlıqların artmasına səbəb olub.
Eləcə də bax: Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksininin olduğu - AÇIQLANIB
FED.az xəbər verir ki, alimlər, B. 1.1.529 variantının bədənin müdafiə sistemindən qaçaraq daha çox xəstəliyə səbəb ola biləcəyini qeyd edirlər.
B. 1.1.529 variantının, peyvəndlərin immunitet sistemini Covid-19-a qarşı hazırlamaq üçün istifadə etdiyi virusun hissəsi olan spike zülalında 32 mutasiyaya malik olduğu vurğulanıb.
Kembric Universitetindən professor Ravi Gupta, B. 1.1.529 variantının daha yolxucu və peyvəndləri təsirsiz edə biləcəyini qeyd edib.
Cənub Afrikada çıxan B. 1.1.529 kod adlı variantın Delta variantından daha təhlükəli olduğu barədə məlumatlar yayılır. Bir çox mutasiya ilk dəfə bir yerdə görünür.
Koronavirusun yüksək səviyyədə mutasiyaya uğramış B. 1.1.529 adı verilən variantının yayılması vəziyyətində iqtisadiyyatlarda yeni bağlanma tədbirləri ola biləcəyi narahatlığı qlobal bazarlarda təşvişə səbəb olub.
Ortaya çıxan bu yeni variantın bütün dünyaya yayılması riski var.
Ümumdünya Səhiyyə Təşkilatı yeni variantın əvvəlkilərdən daha sürətli yayılıb-yayılmadığını, daha ölümcül olub-olmadığını araşdırır.
İngiltərə və İsrail, Cənubi Afrika və yeni variant riski daşıyan digər beş Afrika ölkəsindən uçuşları müvəqqəti dayandırır. (Marja)