Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dönərxanalarda monitorinqlər aparıblar.
FED.az xəbər verir ki, monitorinq zamanı götürülmüş məhsul nümunələrində aşkarlanan mikrobioloji çirklənmə ilə əlaqədar olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, fiziki şəxs Abdulxaliqov Anar Asif oğluna məxsus “Ye-Doy Dönər” və Səbail rayonu, Badamdar şosesində yerləşən, fiziki şəxs Quliyev Qurban İlqar oğluna məxsus “Kürə Təndir” iaşə obyektlərində yoxlama keçirilib.
“Dönər House 24”də toyuq dönərində bakteriya aşkarlanıb - BAĞLANDI
FED.az xəbər verir ki, baxış zamanı məlum olub ki, iaşə obyektləri qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərmiş Həmçinin aşağıda qeyd olunan bir sıra nöqsanlar müəyyən olunub:
– məhsulların divardan və yerdən ara məsafə gözlənilmədən saxlanıldığı;
– soyuducuda mal qonşuluğu qaydalarının pozulduğu;
– havalandırma sisteminin quraşdırılmadığı;
– sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı;
– qida məhsulları ilə təmasda olan səthlərin gigiyenik materialla üzlənmədiyi;
– yuma sahəsində döşəmə, tavan və divarların tamlığının pozulduğu;
– işçi heyətin sağlamlıq arayışlarının mövcud olmadığı və müvafiq geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi;
– ağzıaçıq tullantı qablarından istifadə olunduğu və sair.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.