Unun tərkibinə yeni maddələr əlavə olunacaq.
Komitə sədri: "Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.
Qida eksperti İsa Əliyev deyir ki, unun tərkibinə dəmir mikro mineralının və yaxud da folik asidin əlavə edilməsi dünya təcrübəsinə əsaslanır. Bu üsul inkişaf etmiş 86 ölkədə tətbiq olunur.
Ekspert bildirir ki, gündəlik qəbul edilən qidalar arasında un məmulatlarının xüsusi yer tutması onun keyfiyyətinin, qidalılıq dəyərinin və çeşidlərinin artırılmasını tələb edir. Un məmulatlarının keyfiyyəti və istehlak xüsusiyyəti onların bişirilməsindən asılı olaraq dəyişir. Qida sənayesində xəmirdən hazırlanan məmulatların keyfiyyətinin yüksəldilməsi zamanı istifadə olunan oksidləşdiricilərin, fermentativ preparatların və səthi-aktiv maddələrin tətbiqi xüsusilə nəzərə alınmalıdır.
İsa Əliyev qeyd edib ki, düzgün və balanslı qidalanma insan sağlamlığının başlıca meyarlarından biridir. Bu, genofondun qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. (Xezerxeber.az)