Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Avropa dərman şirkətlərinin nümayəndələri ilə bu ilin yanvarından etibarən mərhələli olaraq tətbiq olunmağa başlayan “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin istifadəsinə dair görüş keçiriblər.
Bir sıra xəstəliklər üzrə dərmanlar sığortaya daxil edilə bilər
Xaricdən dərman almaq istəyənlərin nəzərinə! - QAYDALAR DƏYİŞDİ
Mərkəzdən FED.az-a verilən məlumata görə, 27 şirkətdən 34 nümayəndənin iştirak etdiyi görüş dərman istehsal edən iri şirkətlərin nümayəndələrinin sistem və onun istifadəsi ilə əlaqədar yaranan məsələləri müzakirə etmək, bu sahədə sualları cavablandırmaq, həmçinin əyani olaraq sistemin işləməsini nümayiş etdirmək məqsədilə təşkil olunub.
Şirkət nümayəndələrini maraqlandıran əsas məsələlər dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi və qaçaqmalçılığının qarşısının alınması məqsədilə dərman vasitələrinin istehsal və idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün əsas rol oynayan QR kodlarının yaradılması və tətbiqi prosesini əhatə edib. Həmçinin sistemdə “köçürülmə” prosesinin reallaşdırılması, sistemin üstünlükləri, idxal zamanı dərman vasitələrinin QR kodlar ilə təmin edilməsi məsələsi və s. kimi məsələlər də müzakirə edilib.