FED.az TENDER xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri və abadlaşdırma işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir.
Lot- 1 . Yolların əsaslı təmiri işlərinin satınalınması .
Lot- 2 . Abadlaşdırma işlərinin satınalınması.
Eləcə də bax: Tikinti materialları alınır – TENDER ELANI
Tender iştirakçılarına tövsiyə olunur ki, yuxarıda göstərilən hər iki lot üzrə öz tender təkliflərini möhürlənmiş, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: --aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Quba şəhəri, Heydər Əliyev prospektindən (əlaqələndirici şəxs- RİHB aparatının sektor müdiri- baş mühasib Qurbanəliyev Pənah Mayıl oğlundan (telefon- 02333-5-62-15) ala bilərlər.
İştirak haqqı 150 manatdır.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir.
Tender- Quba Rayon İcra Hakimiyyəti
Quba Rayon Yerli Xəzinədarlıq orqanı
Hh-AZ37AİİB32051019446500246165
VÖEN- 4500248461
Bank- “Kapital bank”ın Quba filialı
Bank VÖEN- 9900003611
Kod- 200651
Mh- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T- BİK AII BAZ-2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 5 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 14 mart 2019-cu il saat 17.00-a qədər Quba Rayon İcra Hakimiyyətinin tender komissiyasına (ünvan- Quba şəhəri Heydər Əliyev prospekti) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Rayonda təmir və abadlıq işləri üçün – TENDER ELANI
09:49
31 Yan 2019