2023-cü ilin sonunda Azərbaycanda mobil telefon abunəçilərinin sayı 10 milyon 998,2 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə mobil telefon abunəçilərinin sayına görə ilk 3-lükdə paytax Bakı (4 milyon 87,7 min abunəçi), Sumqayıt (668,1 min abunəçi) və Gəncə (469,2 min abunəçi) şəhərləri gəlir.
Abşeron rayonu 443 min abunəçi sayı ilə 4-cü, Xaçmaz rayonu 157,2 min abunəçi sayı ilə 5-ci, Şəmkir rayonu isə 155,9 min abunəçi sayı ilə 6-cıdır.
66 rayon və şəhər üzrə top onluğa düşən digər rayonlar isə Lənkəran (150,7 min abunəçi), Bərdə (144,3 min abunəçi), Şəki (143,6 min abunəçi) və Quba (131,2 min abunəçi) rayonları olub.
Siyahının sonlarında isə işğaldan azad edilmi 7 rayon və şəhər daxildir.
Onlardan ötən ilin sonuna açıqlanan rəqəmlərə görə Xankədidə 1,3 min, Xocalıda 3,5 min, Qubadlıda 4,6 min, Cəbrayılda 5,2 min, Şuşada 5,4 min, Xocavənddə 7,7 min, Zənigilanda isə 8,4 mobil telefon abunəçiəsi olub.
Kəlbəcərdə bu göstərici 10,9 min, Laçında 15,9 min nəfərə bərabər olub.