Bu ilin avqustun 1-nə banklar tərəfindən Azərbaycanın rayon və şəhərlərinə 28,5 milyard manat kredit verilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun 21,8 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.
Bakıdan kənarlara nəzər yetirdikdə Sumqayıt şəhərinin payına 795,8 milyon manat, Gəncə şəhərinə 680,1 milyon manat, Naxçıvana 402,9 milyon manat düşüb.
Banklar tərəfindən Abşerona 346 milyon manat, Lənkərana 281 milyon manat, Bərdəyə 231,6 milyon manat kredit verilib.
Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 205,2 milyon manat, Mingəçevir üzrə 198,2 milyon manat, Şirvan üzrə isə 186,9 milyon manat təşkil edib.