2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə pensiyaçıların sayının ən az olduğu ərazilər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin oktyabrın 1-nə, Azərbaycan Respublikası üzrə cəmi 1 milyon 100 min 019 nəfər pensiyaçı qeydə alındığı halda, bəzi rayon və şəhərlərdə bu göstərici daha aşağı səviyyədə olub.
Renkinqə ən az pensiyaçı sayı ilə 891 nəfərlə Xocavənd rayonu başçılıq edir.
İkinci yerdə 1 min 145 nəfərlə Xocalı rayonu qərarlaşıb.
Naftalan şəhəri 1 min 162 nəfərlə üçüncü, Xızı rayonu isə 1 min 294 nəfərlə dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Şuşa rayonu (3 min 179 nəfər), Laçın rayonu (3 min 470 nəfər), Qobustan rayonu (3 min 546 nəfər), Siyəzən rayonu (3 min 663 nəfər), Daşkəsən rayonu (3 min 803 nəfər), Zəngilan rayonu (3 min 937 nəfər), Qubadlı rayonu (4 min 856 nəfər), Oğuz rayonu (5 min 135 nəfər), Zərdab rayonu (5 min 665 nəfər), Sabran rayonu (5 min 806 nəfər), Samux rayonu (5 min 932 nəfər), Hacıqabul rayonu (6 min 011 nəfər) və Yardımlı rayonu (6 min 177 nəfər) yer alıb.










