Ötən il Azərbaycanda təqribən 31,5 min ədəd sərnişin avtobusları olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən çox svtobus sayı 15,6 min ədəd olmaqla Bakı, 1,2 min ədəd olmaqla Gəncə şəhərlərində, və 513 ədəd olmaqla Şəki rayonunda olub.
5 rayonda avtobsuların sayı 400-dən yuxarı, 7 rayonda 300-dən yuxarı, 9 rayonda 200-dən yuxarı, 24 rayonda 100-dən yuxarı, qalanlarında isə 100-dən aşağı olub.
Ən az avtobuslar isə Naftalan (14 ədəd), Xocavənd (35 ədəd), Yardımlı (37 ədəd) rayonlarında qeydə alınıb.
Xocalı və Qobustan rayonlarının hər birində 45 ədəd avtobus olub.