2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında yeni açılan iş yerlərinin sayı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə yeni iş yerlərinin sayına görə Abşeron və Sumqayıt liderlik edir.
Renkinqə Abşeron rayonu başçılıq edir. Rayonda 9 ay ərzində 3 684 yeni iş yeri açılıb.
İkinci yerdə Sumqayıt şəhəri qərarlaşıb – burada yeni iş yerlərinin sayı 1 894 olub.
Zaqatala rayonu 901 göstərici ilə üçüncü sırada yer alıb. Şirvan şəhərində isə 792 yeni iş yeri yaradılıb və dördüncü olub.
Digər rayonlardakı göstəricilər aşağıdakı kimidir:
Quba rayonunda 746, Gəncə şəhərində isə 667 yeni iş yeri qeydə alınıb.
Goranboy rayonu 637 iş yeri ilə, Xaçmaz rayonu isə 635 iş yeri ilə siyahıda yer alıb.
Siyahının ilk onluğunu Naxçıvan şəhəri (589) və Qusar rayonu (543) tamamlayır.
Bundan başqa, Xankəndi şəhərində 516, Tərtər rayonunda isə 500 yeni iş yeri açılıb.










