Azərbaycanda 2024-cü ildə ümumilikdə 91 min 718 yeni iş yeri açılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən çox iş yeri ( 68 min 965) paytaxt Bakı şəhərində açılıb.
Bakıdan kənar digər ərazilərə baxacaq olsaq, ötən il iş yerlərinin, 1797-si Naxçıvan şəhərində, 1 310-u isə Gəncə şəhərinin payına düşüb. 1 055 yeni iş yeri isə Şirvan rayonunda açılıb.
2024-cü ildə 932 yeni iş yeri Qubanın, 702 yeni iş yeri Xankəndi şəhərinin, 678-i Qəbələ rayonun, 668-i isə Goranboy rayonunun payına düşüb.