`Azərbaycanda 2025-ci ilin ilk yarısında on minlərlə yeni iş yerinin açılması fonunda, bəzi rayonlarda iqtisadi aktivliyin demək olar ki, dayanıb.
FED.az Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir.
Açıqlanan rəsmi statistik məlumatlar bəzi rayonlarda altı ay ərzində heç bir yeni iş yerinin açılmadığını, bir çoxunda isə bu rəqəmin ondan da az olduğunu göstərir.
Birinci yarımildə ən aşağı göstəricilər
Ən acınacaqlı vəziyyət Kəngərli və Ordubad rayonlarında qeydə alınıb – bu rayonlarda altı ay ərzində bir dənə də olsun yeni iş yeri açılmayıb.
Vəziyyət Sədərək və Culfa rayonlarında da ürəkaçan deyil, burada cəmi 1, Babək rayonunda isə cəmi 2 yeni iş yeri yaradılıb.
İqtisadi aktivliyin zəif olduğu digər rayonlar sırasında Xızı (7), Daşkəsən (8), həmçinin Şahbuz, Ucar və Zəngilan rayonları (hər birində 11) yer alıb ki, bu da həmin ərazilərdə demək olar ki, yeni iqtisadi fəaliyyətin olmadığını göstərir.
İkinci rübün çətin mənzərəsi
İlin ikinci rübünün nəticələri isə bu mənzərəni daha da aydınlaşdırır. Bu dövrdə sıfır göstəriciyə malik rayonların sırasına Sədərək də əlavə olunub. X
üsusilə diqqət çəkən məqam odur ki, Şuşa, Naftalan, Daşkəsən, Xızı, Babək və Culfa kimi 6 şəhər və rayonda rüb ərzində cəmi 1 yeni iş yeri açılıb.
Masallı rayonunda bu rəqəm cəmi 5 təşkil edib.