Sosial Media Marketinq və ya Azərbaycanda daha çox istifadə edilən sosial media platformasının adı ilə adlandırsaq "Facebook Marketinq" kommunikasiya aləti ölkəmizdə olduqca geniş istifadə olunur. Bu geniş istifadə öz bərabərində rəqabəti gətirdiyi üçün kreativ agentliklər də bu sahədə müştərilərinin diqqətini çəkmək üçün yaddaqalan, fərqli, göz oxşayan posterlərə yer verirlər.
FED.az bunlardan ən bəyənilən, unudulmaz olanları sizə təqdim edir:
6. "Nar Mobile" şirkəti inteqrasiya olunmuş kommunikasiya strategiyası baxımından çox güclü fəaliyyəti olan şirkət kimi mövqelənib. Xidmət və məhsul ilə dəstəklənəndə bu cür strategiyalar çox uğurlu nəticələr verir.
Xətai Əli ("Beat Group") tərəfindən hazırlanan "İki Daş Arasında Kredit" posteri də çox uğurlu işlərdəndir. Bu cür fikirləri ərsəyə gətirmək üçün həm sistematik düşüncə, həm də Azərbaycan dilini yaxşı bilmək lazımdır. Posterə baxaraq, heç bir əlavə araşdırmaya ehtiyac duymadan bütün informasiyanı əldə etmək olur. Həm problem, həm də sol alt küncdə problemin həlli ortaya qoyulmuşdur.
Xətai Əli bu posterlər haqqında deyir ki:
"Bu tip postların paylaşımına gələn şərhlərin əksəriyyəti postun özü haqqında idi. Nə əlavə şikayət var idi, nə də başqa tərəf qabardılırdı. Bu baxımdan da bu kommunikasiya vasitələri uğurlu idi."
İki Daş Arasında |
5. "Lazzmaster" şirkətinin paylaşımlarını çoxdandır izləyirəm və kommunikasiya strategiyasını bəyənirəm. Bu səhifə ilə tanışlığım isə bu poster sayəsində olmuşdur. Antalyaya səyahəti və dondurmanı ancaq bu qədər gözəl assosasiya edib vermək olardı.
Post "Havas Media" tərəfindən hazırlanmış olub, fərqi yaradan dizayner isə Nicat Əhmədzadədir. Bu posterdə dizaynerin xüsusi görüşü onu unudulmaz edən əsas faktordur.
Dondurma və Səyahət |
4. "Mobitel Azerbaijan" tərəfindən 30 Aprel "ADNA" terrorunun qurbanlarını xatırlamaq üçün hazırlanmış poster də siyahımızda öz yerini tutdu. İnsanın tüklərini ürpədən, kədəri və hüznü səssiz şəkildə ifadə edən, görəndə insanı boğan və mesajı birbaşa ötürən incə sənət nümunəsidir.
30 Aprel |
3. "Fil Agency" tərəfindən Şəhriyar Məmmədyarovun qələbəsinə həsr olunan "Şah! Fil Həmişə Yanındadır!" posteri də əsl zəka nümunəsidir.
Şahmat taxtasına baxanda Fil fiquru Şahın yanında yerləşir və fiqurun rəngini agentliyin öz rəngi ilə verərək assosasiya qurulmuşdur. Maraqlı düşüncədir və gözəl hazırlanıb.
Şah və Fil |
2. "Əkinçi" posteri mətbuat günündə qarşıma çıxdığı anda çox bəyəndiyim və təqdirəlayiq gördüyüm iş idi. Sonra statistikasını da izlədiyim qədərilə təsiretmə, bağlılıq və interaksiya baxımından da çox yüksək geri dönüş əldə etməyi bacarıb. Ümumiyyətlə Kənd Təsərrüfatı Nazirliyinin apardığı imic və PR fəaliyyətlərini alqışlayıram. Bu digər dövlət qurumları və orqanlar üçün də nümunə olmalıdır. Dövlət müəssisəsi ilə cəmiyyət arasında hissi bağlar yarandıqca insanlar daha ciddi cəhdlə amala xidmət edəcəklər. Bu sarıdan "Kənd Təsərrüffatı Nazirliyi" nazirliyin özünün rəsmi səhifəsindən kənarda ayrıca sosial media marketinq platforması hazırlayıb və kommunikasiyanı oradan aparır. Bütün fəaliyyətlər və hazırlıqlar nəticəsində, əlbəttə ki, gözəl nəticə də qaçınılmaz olur. Nazirliyin yaratdığı platformanın adı isə "Aqro Azərbaycandır."
Məhz mətbuat günündə Həsən Bəy Zərdabinin xatirəsinə də vurğu edərək, mətbuatı "Əkinçi"nin yaratması fikrini ortaya qoymaqları, hədəfləmənin də Əkinçi insanlar olduğunu nəzərə alsaq, onlara düzgün mesajın sadə dildə ötürülməsi və təqdimatın da retro formada verilməsi insanın diqqətini istər istəməz cəlb edir.
Əkinçi |
1. "De Gəlsin" taksi şirkəti üçün "Green Light" agentliyi tərəfindən hazırlanan poster mənim ən bəyəndiyim posterlərdəndir. Posterin ideya müəllifi isə Tural Namazlıdır. Səbəb isə çox sadədir, bütün yanaşmalardan fərqli bir fikirlə hətta mən deyərdim ki, yepyeni bir konsepsiya və tərz ortaya qoyulub. Təhsil Naziri Mikayıl Cabbarovun Vergilər Nazirliyinə təyinatına vurğu edərək gözəl Real Time Marketinq nümunəsi və yeni bir konsepsiya ortaya qoyduqları üçün bu günün sıralamasında bu poster də öz yerini almağı bacarır. Bizdə belə fərqli xətt açan fikirlərə həmişə yaşıl işıqdır.
De Gəlsin Taksi |
www.qelendermemmedli.com