"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 225 min manat və yaxud 9,6% artıraraq 2 milyon 350 min manatdan 2 milyon 575 min manata çatdırıb.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Bu, son 6 ayda "Asel Kredit"in nizamnamə kapitalının 3-cü dəfə artırılmasıdır. Bundan əvvəl BOKT-un kapitalı 800 min manatdan 1,7 milyon manata və 1,7 milyon manatdan 2,35 milyon manata çatdırılmışdı.
"Renkinq"