Qeyri-Bank

Daha bir maliyyə təşkilatı – ZƏRƏR AÇIQLADI - HESABAT

Daha bir maliyyə təşkilatı – ZƏRƏR AÇIQLADI - HESABAT | FED.az
11:12 8 İyun 2019

«OMNI Finance» Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2018-ci ili zərərlə başa vurub.

Eləcə də bax: “Viator Mikrokredit Azərbaycan” zərərdən mənfəətə keçib - HESABAT


FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin gəlirləri 217 min manat olub və bu gəlirlər bütünlüklə faiz gəlirlərindən ibarət olub.
Xərclər isə 236  min manat təşkil edib. Xərclərin 25 min manatı haqq və komissiya, 162 min manatı faiz xərcləri, 20 min manat işçilərin saxlanması, 29 min manat isə ümumi və inzibati xərclər olub. Nəticədə «OMNI Finance» BOKT 2018-ci ili 19 min manat zərərlə başa vurub. 

Eləcə də bax: "Kredit house" BOKT kreditorlarına - MÜRACİƏT EDİB


Bu, şirkətin ilk zərəri deyil, indiyədək yığılan zərər 399 min manat olub. Nəticədə səhmdarların şirkətə yatırdıbı 455 min manat kapital 75 min manata düşüb.  
İlin nəticələrinə görə, şirkətin cəmi aktivləri 2 milyon 858 min manat,  cəmi öhdəlikləri isə 2 milyon 859 min manat olub.

Digər xəbərlər