"Qarabağın bərpasına Rusiya şirkətləri də cəlb ediləcəkdir".
Eləcə də bax: Prezident mətbuat konfransı keçirir - Canlı
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.
"Mən bildirmişəm ki, Qarabağın yenidən qurulmasına dost ölkələrin şirkətləri cəlb ediləcəkdir. Rusiya da dost ölkə olduğundan, Rusiya şirkətləri də bərpa işlərinə cəlb ediləcəkdir. Ərazi çox böyükdür, bütün dost ölkələrin şirkətlərinə iş olacaqdır",- İlham Əliyev deyib..