Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Qarabağda yaşayan erməniəsilli sakinlərə müraciət olunub - TAM MƏTN

Qarabağda yaşayan erməniəsilli sakinlərə müraciət olunub - TAM MƏTN | FED.az
17:09 19 Sen 2023

Azərbaycan Ordusunun Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciət olunub.

FED.az xəbər verir ki, müraciət Azərbaycan, rus və erməni dillərində hazırlanıb və vərəqə formasında dərc olunub.

Müraciətdə deyilir:

"Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi üçün tədbirlər həyata keçirir. Məqsəd 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Əmin olun ki, sizin həyatınız Azərbaycan dövləti üçün çox qiymətlidir. Buna görə də tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durun. Qanunsuz hərbi xuntanın heç bir əmrinə, göstərişinə tabe olmayın. Hərbi geyim geyinməyin və üzərinizdə silah daşımayın. Bu, sizi legitim hədəfə çevirə bilər. Yaşadığınız evlərdən çölə çıxmayın, orada təhlükəsiz şəkildə qalın.

Azərbaycan əsgəri xilaskardır! Sizi hərbi xuntanın əsarətindən xilas etmək üçün gəlir!

Azərbaycan çoxmillətli ölkədir, burada 30-a yaxın etnik qrup yaşayır. Uzun illər sizə tam başqa mənzərə təlqin olunsa da, əmin olun ki, bu ölkədə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüququ qorunur, insanlar əmin-amanlıq şəraitində yaşayırlar. Siz də onlar kimi rahat, firavan həyat sürə bilərsiniz! Buna görə də içərinizdə döyüşənlər varsa, dayanın və yaxşı fikirləşin. Siz öz dövlətinizə - Azərbaycan Respublikasına qarşı silah qaldırırsınız. Bu, yanlış, sizin həyatınızı təhlükəyə atan yoldur. Əgər siz döyüş postlarındasınızsa, mümkün qədər oranı tez tərk etməlisiniz. Əyninizdəki hərbi formaları çıxarıb silahları yerə qoymalısınız. Azərbaycan əsgəri heç vaxt dinc insanlara atəş açmır.

Sizin hesabınıza Ermənistan rəhbərliyi və onun Qarabağdakı oyuncaq rejiminin başında duranlar varlanıb, harınlayıb. Onlar xarici ölkələrdə böyük sərvət sahibidirlər və gələcəklərini düşünmürlər. Buna görə də özləri gizlənib sizi qabağa verərək şəxsi ambisiyaları üçün qurban verirlər. Erməni xalqı öz daxili düşmənlərini artıq yaxşı tanıdı. Biz siyasi oyunbazlara görə düşmən olmamalıyıq, Azərbaycan əsgəri düşmən deyil, sizə heç vaxt zərər vermək istəməz. Onlar sizi cinayətkarların əlindən qurtarmağa gəliblər. Müqavimət göstərməyin, Azərbaycan dövləti sizin təhlükəsizliyinizə zəmanət verir.

Təhlükəsizliyiniz sizin üçün ən düzgün qərardır. Qanunsuz rejimin yalan vədlərinə inanmayın. Onlar 30 il sizə ancaq vədlər verdilər, özləri isə rahat kreslolarda oturub, sadə insanlara çatacaq pulları mənimsəyib firavan həyat qurdular. İndi də sizin arxanızda gizlənirlər. Bu gün onların yalanlarına inanıb silaha sarılan gənclər sizin övladlarınızdır. Onları yanlış yoldan çəkindirin, həyatlarını qoruyun.

Təhlükəsiz yaşamaq istəyirsinizsə, ətrafınızı Ermənistan ordusunun bölmələrindən təmizləyin, onların geri - Ermənistana qayıtması üçün dirəniş göstərin. Qeyri-qanuni hərbi dəstələri silahlarını yerə qoymağa, müqavimət göstərməməyə məcbur edin. Qarabağda qanunsuz silahlı dəstələrin, cinayətkarların mövcudluğuna son qoyulmalıdır. Bilirik ki, zülmün, qorxunun, qeyri-müəyyənliyin bitməsi sizin də arzunuzdur. Bu arzunun gerçəkləşməsi, sülh, rifah və birgəyaşayış üçün çalışın.

Qarabağda bir nəfər də olsun qanunsuz hərbçi qalmayacaq, hamısı tərk-silah olunacaq. Əgər sizi qanunsuz silahlı dəstələrə cəlb ediblərsə, 44 günlük müharibəni yada salın və başa düşün ki, Azərbaycan Ordusuna müqavimət mənasızdır. Silahı yerə qoyun və təslim olun. İndi emosiyalara deyil, ağıla üstünlük vermək zamanıdır.

Ehtiyatlı olun, qanunsuz rejim təmsilçilərinin müraciətlərinə inanmayın, göstərişlərinə əməl etməyin. İlk imkanda sizə qida və digər zəruri tələbat məhsulları çatdırılacaq. Yardima ehtiyacı olanlar Azərbaycan hərbçilərinə yaxınlaşa və müraciət edə bilərlər. Onlar sizin problemlərinizi həll etmək üçün əllərindən gələni edəcəklər.

Azərbaycan sizin sülh və rifah içində yaşamağınızı arzulayır. Bunun üçün sizi 30 ilə yaxın qorxu içərisində saxlamış hərbi xuntanı zərərsizləşdirir. Övladlarınız bu torpaqlarda silahla deyil, öz zəhmətləri ilə yaşamalıdır. Bu torpaqlar çiçəklənməli, insanlar xoşbəxt olmalıdır. Kimlərinsə maraqları naminə deyil, xoşbəxtliyiniz uğrunda mübarizə aparın. Sizə təhlükəsiz və ləyaqətli həyat, öz evlərinizdə doğmalarınızla birlikdə rahat yaşayış, iqtisadi dirçəliş və sosial rifah təklif olunur. Xarici ölkələrdə özlərinə rahat həyat quranların yalan vədlərinə inanmayın, sizi aldatmasına, sizdən vasitə kimi istifadə etməsinə imkan verməyin. Siz Azərbaycan vətəndaşı kimi daha ləyaqətli həyata layiqsiniz!

Cinayətkar rejim sizi və doğmalarınızı Azərbaycan əsgərləri ilə döyüşməyə çağırır, amma öz ailə üzvlərini müxtəlif yollarla Qarabağdan çıxarırlar. Övladlarınızı mənasız ölümdən xilas edin. Azərbaycan sizə dostluq və sülh arzulayır. Heç kimin, heç bir xarici ölkənin yalan vədlərinə inanmayın. Təhlükəsizlik zəmanətini sizə Azərbaycan dövləti verir. Ölkəmizin digər sakinləri kimi, siz də barış və rifah içərisində yaşamalısınız.

Ermənistanın və Qarabağdakı cinayətkar rejimin apardığı təbliğat erməni əhalidə belə bir qənaət yaradıb ki, Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirmək, Qarabağdan erməniləri çıxarmaq istəyir. Əgər belə bir niyyət olsaydı, Azərbaycan 2020-ci ilin noyabr ayında müharibəni dayandırmazdı. Həmin dövrdə heç bir qüvvə Azərbaycan Ordusunun Zəfər yürüşünün qarşısını almaq gücündə deyildi. Amma Azərbaycan dövləti sülhü seçdi, Qarabağda yaşayan əhaliyə dostluq əlini uzatdı. Çünki Azərbaycan çoxsaylı xalqların bir yerdə mehriban yaşadığı bir ölkədir. Biz əminik ki, insanlar arasında barış və birgəyaşayış mümkündür. Sizin də bu həqiqəti qəbul etməyiniz və bu ölkənin vətəndaşları kimi yeni gözəl həyata qovuşmağınız lazımdır.

Torpaqlar işğaldan azad edildikdən sonra dağıdılmış şəhər və kəndlərin mənzərəsi hamını dəhşətə gətirdi. Uzun illər sizin adınıza yığılan pullarla var-dövlət sahibi olmuş qondarma rejim başçıları nəinki talançılıqla kifayətlənmədi, hətta bu bölgədə yaşayan sadə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün belə heç bir iş görmədi. Əks təqdirdə, siz gözəl evlərdə yaşayar, təminatlı həyatınız olardı. Azərbaycan dövləti isə son 3 ildə Qarabağda şəhərləri, kəndləri bərpa edir, yeni müasir infrastruktur yaradır. Şuşada, Laçında, Füzulidə, Zabuxda, Ağalıda və digər yerlərdə həyata keçirilən böyük quruculuq işləri buna bariz nümunədir. Biz birlikdə Qarabağı dirçəltməyə qadirik. Bu işdə sizin də iştirak etməyinizi istəyirik. İndi silah, müharibə, qarşıdurma zamanı deyil. İndi quruculuq və barış vaxtıdır.

Uzun illər Robert Koçaryan, Serj Sarqsyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və onların ətrafı sizi aldadaraq, istismar edərək, ölümə göndərərək özləri üçün var-dövlət topladılar, güzəran qurdular. Hər dəfə də vəziyyət gərginləşdikdə yaxalarını kənara çəkdilər və sizi acı taleyinizlə üz üzə qoydular. Siz güclü, inkişaf edən, öz vətəndaşına rifah, təhlükəsizlik, əmin-amanlıq verən Azərbaycan dövlətinə deyil, bu cinayətkarların yaratdığı qondarma rejimə sığındınız.

Sizə boş vədlər verənlər yenə həmişəki kimi qaçıb gizləniblər. İndi sınaq, tarixi seçim anıdır. Doğru seçim edin".

Banner
Banner
  • Qarabağ
  • erməniəsilli sakinlər
  • Azərbaycan Ordusu
  • konstitusiya
Paylaş

Digər xəbərlər

Qarabağdakı ermənilərə göndərilən humanitar yardımların həcmi açıqlandı - RƏSMİ
Qarabağ 26 Sen 2023
Qarabağdakı ermənilərə göndərilən humanitar yardımların həcmi açıqlandı - RƏSMİ
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Qarabağ 26 Sen 2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
PA: 15 yanğınsöndürmə avtomobili Xankəndiyə - YOLA DÜŞÜB
Qarabağ 26 Sen 2023
PA: 15 yanğınsöndürmə avtomobili Xankəndiyə - YOLA DÜŞÜB
SOCAR-ın daha 2 avtomobili Xankəndiyə - YOLA DÜŞDÜ
Qarabağ 26 Sen 2023
SOCAR-ın daha 2 avtomobili Xankəndiyə - YOLA DÜŞDÜ
Ağdərənin mərkəzində Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Qarabağ 26 Sen 2023
Ağdərənin mərkəzində Azərbaycan bayrağı qaldırıldı - VİDEO
"Ağdam, Sabirabad və Saatlı xəstəxanaları Xankəndidəki xəstələrin qəbulu üçün gücləndirildi"
Qarabağ 26 Sen 2023
"Ağdam, Sabirabad və Saatlı xəstəxanaları Xankəndidəki xəstələrin qəbulu üçün gücləndirildi"
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın - SİYAHISI
Qarabağ 26 Sen 2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın - SİYAHISI
Bu gün Ağdam yolu ilə növbəti humanitar yük Xankəndiyə - YOLA SALINIR
Qarabağ 26 Sen 2023
Bu gün Ağdam yolu ilə növbəti humanitar yük Xankəndiyə - YOLA SALINIR
Bakıdan Xankəndinə - TİBBİ YARDIM GÖNDƏRİLİB
Qarabağ 26 Sen 2023
Bakıdan Xankəndinə - TİBBİ YARDIM GÖNDƏRİLİB
Erməniəsilli vətəndaşların Bakıya səfəri təşkil edilə bilər
Qarabağ 25 Sen 2023
Erməniəsilli vətəndaşların Bakıya səfəri təşkil edilə bilər
Xankəndi yaxınlığında mobil qida təminatı xidməti - YARADILACAQ
Qarabağ 25 Sen 2023
Xankəndi yaxınlığında mobil qida təminatı xidməti - YARADILACAQ
Şahin Mustafayevin rəhbərlik etdiyi işçi qrup Xankəndidə - GÖRÜŞ KEÇİRİLƏCƏK
Qarabağ 25 Sen 2023
Şahin Mustafayevin rəhbərlik etdiyi işçi qrup Xankəndidə - GÖRÜŞ KEÇİRİLƏCƏK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Dubayda işləmək üçün işçi axtarılır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
    22:34 26 Sen 2023
  • "Bank Respublika" işçi axtarır - VAKANSİYA
    22:27 26 Sen 2023
  • "TuranBank" ASC işçi axtarır - VAKANSİYA
    22:25 26 Sen 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    22:22 26 Sen 2023
  • "Azərpoçt" işçi axtarır - VAKANSİYA
    22:20 26 Sen 2023
  • "Azərsun Holdinq" işçilər axtarır - VAKANSİYALAR
    22:16 26 Sen 2023
  • AZAL işçilər axtarır - VAKANSİYALAR
    22:11 26 Sen 2023
  • Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 700-1500 MANAT - VAKANSİYALAR
    22:07 26 Sen 2023
  • "Access Bank" işçilər axtarır - VAKANSİYALAR
    22:03 26 Sen 2023
  • "Agro Food Investment" işçi axtarır - VAKANSİYA
    22:01 26 Sen 2023
  • TƏBİB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    21:54 26 Sen 2023
  • Neft şirkəti işçi axtarır - MAAŞ 2500-3500 MANAT - VAKANSİYALAR
    21:51 26 Sen 2023
  • Dövlət qurumu işçilər axtarır - MAAŞ 1800-2000 MANAT + BONUS - VAKANSİYALAR
    21:48 26 Sen 2023
  • Quba Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı paytaxtı - ELAN OLUNUB
    18:27 26 Sen 2023
  • Sahibkarlar İstanbulda keçiriləcək beynəlxalq sərgiyə - DƏVƏT OLUNUR
    18:17 26 Sen 2023
  • Qarabağdakı ermənilərə göndərilən humanitar yardımların həcmi açıqlandı - RƏSMİ
    18:07 26 Sen 2023
  • Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
    18:01 26 Sen 2023
  • "Azerçay” “Bakı Böyük Dəbilqə 2023” turnirinə - DƏSTƏK VERDİ
    17:55 26 Sen 2023
  • Azərsu - TENDER KEÇİRİR
    17:52 26 Sen 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:46 26 Sen 2023
  • Mikayıl Cabbarov və Nad arasında görüş keçirilib - FOTO
    17:40 26 Sen 2023
  • PA: 15 yanğınsöndürmə avtomobili Xankəndiyə - YOLA DÜŞÜB
    17:35 26 Sen 2023
  • "Xalq Bank"dan tələbələr üçün - YENİ KAMPANİYA!
    17:28 26 Sen 2023
  • Minik avtomobillərinin servisinə dair - AÇIQ TENDER
    17:25 26 Sen 2023
  • İnnovasiyalar Mərkəzindən böyük – TENDER ELANI
    17:20 26 Sen 2023
  • Məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı təkliflər sorğusu
    17:18 26 Sen 2023
  • Maliyyə Nazirliyi daxili kapital bazarından 55 milyon manat - CƏLB ETDİ
    17:17 26 Sen 2023
  • “VİP Aviasiya Xidmətləri Şirkəti” xalis mənfəətini 2 dəfə artırıb
    17:11 26 Sen 2023
  • Keçmiş icra başçısının bu əmlakları müsadirə ediləcək - SİYAHI
    17:09 26 Sen 2023
  • SOCAR-ın daha 2 avtomobili Xankəndiyə - YOLA DÜŞDÜ
    17:06 26 Sen 2023
  • Zərdabda dövlət qurumu elan etdiyi tenderə - YEKUN VURDU
    16:54 26 Sen 2023
  • Prokuror keçmiş icra başçısına- 13 İL HƏBS İSTƏDİ
    16:45 26 Sen 2023
  • İlon Mask - BAKIYA GƏLİR
    16:39 26 Sen 2023
  • “Qızlara ağ yaraşır” Qran-pri - MÜKAFATI QAZANDI - VİDEO
    16:16 26 Sen 2023
  • "Unimac AZ" MMC- MƏHKƏMƏYƏ VERİLDİ
    16:12 26 Sen 2023
  • Pulunuzun etibarlı artımı üçün - NƏ ETMƏLİ?
    16:10 26 Sen 2023
  • "Enerji gəlirlərinin artması səbəbindən Azərbaycanın tədiyə balansında müsbət saldo davam edir"
    16:01 26 Sen 2023
  • 488 min manatlıq tenderin qalibi - “TAKT-1” MMC OLDU
    15:54 26 Sen 2023
  • “Les-R.H.” MMC - MƏHKƏMƏYƏ VERİLİB
    15:50 26 Sen 2023
  • Söyüdlüdəki zavodun fəaliyyətini bərpa etməsinin şərtləri - AÇIQLANDI
    15:44 26 Sen 2023
  • Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 11%-dək artıb
    15:42 26 Sen 2023
  • Söyüdlüdəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu - AŞKARLANDI
    15:35 26 Sen 2023
  • Səhiyyə Nazirliyi – TENDER KEÇİRİR
    15:33 26 Sen 2023
  • Söyüdlüdə vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın növbəti - İCLASI KEÇİRİLİB
    15:27 26 Sen 2023
  • Yüklərin sığortası 16%-dək artıb
    15:26 26 Sen 2023
  • Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 23%-dək artıb
    15:21 26 Sen 2023
  • Dövlət qurumu cari təmir işlərinə - 1,8 MİLYON MANAT XƏRCLƏYƏCƏK
    15:19 26 Sen 2023
  • Bərdə Suvarma Sistemləri İdarəsi daha bir tenderə - YEKUN VURDU
    15:15 26 Sen 2023
  • "Tex Taxi" MMC - məhkəməyə verilib
    15:11 26 Sen 2023
  • Azərbaycanda dövlətə məxsus iki nərə balıq artırma zavodu - LƏĞV OLUNUR
    15:05 26 Sen 2023
  • "Azer Pak" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:05 26 Sen 2023
  • 267 min manatlıq lildən təmizləmə işləri - "CTC Servis" MMC-YƏ VERİLDİ
    14:54 26 Sen 2023
  • Dövlət qurumunun 4,4 milyon manatlıq tenderini - “B2B Group” MMC UDDU
    14:52 26 Sen 2023
  • Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 24% artıb
    14:50 26 Sen 2023
  • Turizm Agentliyinin elan etdiyi tenderin qalibi - BU ŞİRKƏT OLDU
    14:50 26 Sen 2023
  • Nazir müavini AZAL-ın inhisarçı olmasına dair ittihamlara - MÜNASİBƏT BİLDİRİB
    14:46 26 Sen 2023
  • Ərdoğan: "Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər"
    14:40 26 Sen 2023
  • Hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar 9%-dən çox azalıb
    14:37 26 Sen 2023
  • "Cərimə sanksiyalarının tətbiqi pozuntu törədə biləcək oyunçuları xəbərdar etməkdir"
    14:34 26 Sen 2023
  • Azərbaycanda əmlak sığortası üzrə yığımlar 19%-dək artıb
    14:31 26 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 6.26▼-0.24% Dövlət istiqrazları 2 il - 8.04▲0.56% Dövlət istiqrazları 3 il - 7.87▼-0.29% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 8.03▼-0.17% NOT (84 gün) - 8.21▼-0.03% NOT (168 gün) - 8.05▼-0.15% NOT (252 gün) - 8.49▼-0.08% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 5.15▼-0.10% 1D AINAib - 5.18▼-0.32% 1W AINAao - 5.00▼-0.56% 1W AINAib - 7.90▲2.45% 2W AINAao - 7.90▲2.90% 2W AINAib - 7.90▲2.90% 1M AINAao - 5.80▲0.80% 1M AINAib - 5.80▲5.80%
SOCAR [ AZ2002019894 ] Alış: 1003.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 910.27 / Satış: 955.78 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1003.51 / Satış: 1020.51 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73