2023-cü ilin iyul ayının 1-nə işğaldan azad edilmiş rayonlarda muzdla çalışan işçilərin sayı 49.5 min nəfər təşkil edib.
Qarabağda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ən çox muzdla çalışan işçilərin sayı Ağdam rayonunda(13.3 min nəfər) olub.
Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda ən yüksək əməkhaqqı Şuşada olub. Belə ki, Şuşada yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqqı 812.9 manat təşkil edib.
Azad edilmiş rayonlar |
Muzdla çalışan işçilərin sayı. Min nəfər |
Orta aylıq əmək haqqı Manatla |
Ağdam rayonu |
13.3 |
595 |
Füzuli rayonu |
9.3 |
582.5 |
Laçın rayonu |
7.4 |
588.6 |
Kəlbəcər rayonu |
6.3 |
599.6 |
Cəbrayıl rayonu |
3.2 |
685.3 |
Qubadlı rayonu |
2.8 |
756 |
Şuşa rayonu |
2.4 |
812.9 |
Zəngilan rayonu |
2.2 |
789.2 |
Xocavənd rayonu |
1.4 |
684.1 |
Xocalı rayonu |
1.2 |
687.9 |
(Apa)