Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün müraciət edən sahibkarların sayı artıq 2 mindən çoxdur.
İsrail şirkətləri Qarabağdakı sənaye parklarında investisiya layihələrinə dəvət edilib
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, müraciətlərin yarıdan çoxu investisiya yönümlüdür.
“Bu müraciətlər üzrə ümumi dəyəri 575 milyon manat olan layihələrin 299-u icra edilir. Bunun da 219-u bu gün fəaliyyət göstərir. 219 layihənin 89-u Qarabağ İqtisadi rayonunda, 130-u isə Şərqi Zəngəzur İqtisadi rayonunda reallaşdırılır. Bütün layihələr tətbiq edildikdən sonra, 1 879 şəxs işlə təmin ediləcək. Hazırda digər 80 layihənin icrası da yekunlaşmaq üzrədir”, – deyə Ə.Məmmədov qeyd edib. (Report)