“Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, maneə olmasınlar”.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Eləcə də bax: "Biz yeni reallıq yaratmışıq, hesablaşın!"
Dövlət başçısı bildirib ki, bizə kömək lazım deyil, maneə olmasınlar:
“Bu müharibə qurtaracaq, biz istəyimizə nail olacağıq. Ondan sonra bizim münasibətlərimiz necə olacaq? Sabah təkliflərlə gələcəklər bizim qarşımıza. Hansı üzlə bizim qarşımıza çıxacaqlar?!
Yığılmışıq boğaza, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, o vasitəçi ola bilməz. 5 rayonun qaytarılması məsələsini deyirdilər. 5 rayondan artıq 4-ü bizdədir. Vasitəçilər gedib başqa bir şey fikirləşsinlər. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlının çox hissəsi, Hadrut bizdədir. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri təkbaşına icra edirik.
Cenevrədə Xarici İşlər nazirləri görüşəcək. Görüşsünlər, o qədər mənasız görüş olub ki... 28 il ərzində o qədər mənasız görüşlər olub ki, qoy 29 oktyabr görüşü də olsun”.
Prezident qeyd edib ki, bu döyüşlərdə Xocalı soyqırımını törədən cinayətkarlar məhv edilib.