“Dağlıq Qarabağa gələn Ermənistan Müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarətinin qurulmasının qarşısını almaq üçün erməni qoşunları və könüllüləri tərəfindən aparılan hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürəcək”.
Eləcə də bax: İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"
FED.az xəbər verir ki, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında məlumat verib. O bildirib ki, Laçının itirilməsi rəsmi İrəvanın məğlubiyyətində həlledici olacaq.
“Hazırda Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin İrəvandan Dağlıq Qarabağa səfərləri radio əlaqə olmadan, mobil telefonlar və rabitə söndürülmüş şəkildə həyata keçirilir. Bu, Azərbaycan tərəfinin radioelektron kəşfiyyat vasitəsilə onların Qarabağdakı yerini aşkarlamasına imkan verməməsi üçün edilir”, - deyə Korotçenko qeyd edib. (Qafqazinfo)