Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.
FED.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.
"Dağlıq Qarabağ ətrafında vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq onun daha da sabitləşməsi müzakirə edildi.
Xüsusilə sülhün təmin olunması, təhlükəsizlik və bölgənin mütərəqqi sosial-iqtisadi inkişafı, habelə nəqliyyat-kommunikasiya sistemlərinin bərpası üzrə işlərin gedişatından danışıldı. Müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi barədə razılığa gəlindi”, - deyə Kremlin məlumatında deyilir.
Qeyd edək ki, bu Rusiya tərəfinin yaydığı məlumatdır, məlumatda Azərbaycanın istifadə etmədiyi "Dağlıq Qarabağ" ifadəsi işlənilir. Azərbaycan Prezidentinin mətbuat xidməti hələlik (Bakı vaxtilə saat 20.16) bu telefon danışığı barədə məlumat yaymayıb.