Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.
Eləcə də bax: Ağdamda ilk dəfə forum keçirilir - PREZİDENT DƏ İŞTİRAK EDİR - VİDEO - YENİLƏNİB
FED.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.
Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.