Banner

Qarabağ

Ərdoğan Putinlə Qarabağı - Müzakirə Etdi

Ərdoğan Putinlə Qarabağı -  Müzakirə Etdi | FED.az
17:31 18 Fev 2021

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

Eləcə də bax: Putin və Ərdoğan Qarabağla bağlı məsələni - Müzakirə Ediblər

FED.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Türkiyə-Rusiya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı addımların müzakirə edildiyi telefon danışığında regional mövzular da qiymətləndirilib.

Söhbət zamanı Ərdoğan Türkiyə və Rusiya mütəxəssislərinin 11 yanvar 2021-ci il müqaviləsindən sonra yenidən qurulan Dağlıq Qarabağdakı avtomobil və dəmiryol nəqliyyat xətlərinin daha səmərəli olması üçün azərbaycanlı həmkarları ilə bir araya gələ biləcəyini bildirib.

Ağdamdakı Birgə Mərkəzin atəşkəsə nəzarət və monitorinq vəzifəsini uğurla yerinə yetirdiyini qeyd edən Ərdoğan, atəşkəsin qorunması üçün hər mövzuda ortaq səylərin göstərilməli olduğunu qeyd edib.

Türkiyə Prezidenti Suriya məsələsinin ən qısa müddətdə həll edilməsinin ortaq maraqlara cavab verdiyini vurğulayıb, Liviyada sülh və sabitlik fürsətinin hədər getməməli olduğuna da diqqət çəkib. (Qafqazinfo)

Banner
Banner

Digər xəbərlər