Banner

Qarabağ

Düşmənin “Skad” kompleksi Azərbaycan Ordusunun zərbəsindən sonra - Video

Düşmənin “Skad” kompleksi Azərbaycan Ordusunun zərbəsindən sonra - Video | FED.az
11:01 14 Noy 2020

Azərbaycan Ordusu tərəfindən məhv edilən Ermənistana məxsus “Skad” (Elbrus) ballistik raket kompleksinin görüntüləri yayılıb.

Eləcə də bax: Qəbələ “Skad”la vurulub - Fotofakt

FED.az xəbər verir ki, videonu xarici jurnalist Coş Fridman noyabrın 13-də öz yutub kanalında yerləşdirib. Qeyd edib ki, “Skad” Azərbaycan pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edilib.

Xatırladaq ki, işğalçı Ermənistan ordusu “Skad” raket qurğusundan Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Gəncə şəhərini gecə vaxtı 5, 8, 11 və 17 oktyabr tarixlərində atəşə tutmuş və nəticədə 26 nəfər mülki şəxs həlak olmuş, 143 nəfər isə yaralanmışdı. Daha sonra kompleks Azərbaycan tərəfindən məhv edilmişdi. (Qafqazinfo)

Banner
Banner

Digər xəbərlər