Baş Prokuror Kamran Əliyev Gəncədə raket zərbəsi endirilən hadisə yerində müsahibə verib.
Eləcə də bax: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır”
FED.az xəbər verir ki, K.Əliyev bildirib ki, bu addımı Ermənistan siyasi rəhbərliyi atıb:
“Cəbhə, döyüş bölgəsində Ermənistan Ordusu məğlubiyyətə uğradıqca çarəsizlikdən dinc əhaliyə qarşı hücumları şiddətləndirir, intensivliyi artırırlar. Bu da onların acizliyindən xəbər verir. Amma bu dəfə Ermənistanın hərbi siyasi rəhbərliyi ağıllarını itiriblər. Bu, bəşəriyyət, insanlıq əleyhinə çox ciddi, çox ağır cinayətdir. Bu cinayətin həm hüquqi, həm siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq. Azərbaycan rəhbərliyi, cənab prezident həm siyasi, həm hərbi sahədə buna adekvat cavablar verəcək.
Bu, artıq Ermənistan rəhbərliyi üçün aqoniyadır, onlar sonlarının başlandığını hiss etdikcə bu kimi addımlara əl atırlar. Azərbaycan dinc əhalisi arasında panika yaratmaq istəyi ağılsız addımdır. Bu, alınan deyil. Gəncə əhalisi çox qoçaq, mərd xalqdır. Belə şeylərlə onları qorxutmaq mümkün deyil. Bu da bir mərhələdir, bunu da biz, xalqımız ləyaqətlə, qürurla yaşayacağıq, bunu da keçəcəyik. Döyüş bölgəsində indi qələbə necə bizimlədirsə, axıra qədər də belə də olacaq”. (Qafqazinfo)