Bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.