Dünyanın iki tanınmış eksperti 4 günlük iş həftəsinə keçidi təklif edib. FED.az xəbər verir ki, bunlar ABŞ-ın Pensilvaniya Universiteti nəzdində Uorton Biznes məktəbinin psixoloqu Adam Qrant və iqtisadçı tarixçi Rutqer Breqman hesab edir ki, iş günlərinin azaldılması həm şirkətlərə, həm də işçilərə faydalı olacaq.
"Eksperimentlər göstərir ki, iş vaxtının müddəti azaldılanda insanlar diqqətlərini daha effektli taplaya bilirlər, onların məhsuldarlığı əvvəlki kimi (yəni 5 günlük iş həftəsində olduğu kimi) qalır, işin keyfiyyəti və kreativlik isə artır. Ən əsası işçilər belə halda çalışdıqları şirkətlərə qarşı daha loyal olurlar, çünki görürlər ki, şirkət onların işdən kənar həyatını nəzərə alarkən çevik olmağı bacarır» - deyə Adam Qrant bildirir.
Eləcə də bax: Ramazan ayı nə vaxt başlayır? - TARİX AÇIQLANDI
Rutqer Breqman isə xatırladır ki, aparıcı iqtisadçılar, sosioloqlar, hətta filosoflar da insanların getdikcə az işləyəcəklərini proqnozlaşdırıblar: «Hələ 20-30-cu illərdə sahibkar-kapitalistlər aşkar ediblər ki, iş həftəsindəki satların azalması məhsuldarlığa müsbət təsir edir. Məsələn Henri Ford aşkar etmişdi ki, 60 saatlıq iş həftəsindən 40 saatlıq iş həftəsinə keçid nəticəsində işçilər daha məhsuldar olublar, çünki daha az işləyiblər»
Ekspertlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri üzrə statistikanı da xatırladırlar – göstəricilərə əsasən, işə ayrılan vaxt artdıqca, əməyin məhsuldarlığı və hər iş saatına düşən ÜDM həcmi azalır.