Mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.
FED.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqviminə istinadən məlumat verir.
Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.
Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib.
Eləcə də bax: “Avroviziya-2019” ləğv oluna bilər