“Bakı Fond Birjası”nda 14 martda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.
FED.az xəbər verir ki, təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 50 minlik (13 500manatlıq) səhm paketi satılıb. Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.
Eləcə də bax: "Facebook" səhmlərinin dəyəri 3 ayda minimuma düşdü
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə, 0,11%-i “Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur.