Avropa Birliyinə (AB) daxil olan ölkələr 2017-ci ildə 825 min nəfərə vətəndaşlıq verib.
FED.az türk mediasına istinadən xəbər verir ki, Avropa Statistika Ofisi (Eurostat) 2017-ci il üçün AB ölkələrinin vətəndaşlıq məlumatlarını açıqlayıb.
Statistikaya əsasən vətəndaşlıq verilən 825 min nəfərin 83%-i AB ölkələrinin vətəndaşı deyil və ya vətəndaşlığı olmayan şəxslər olub.
Eləcə də bax: Otellər üçün yeni tələblər gəlir
Sayca ən çox vətəndaşlıq alanlar isə hindlər, türklər, rumunyalılar, pakistanlılar və polşalılar olub. Onlar vətandaşlıq alanların 34%-ni təşkil edib.
Məlumatlara görə, 2017-ci ildə 29 min 900 Türk vətəndaşı AB vətəndaşlığı alıb.
Türklərin 50%-i Alman vətəndaşlığını alarkən, 17,8%-i Fransa, 9,9%-i isə Hollandiya vətəndaşlığını alıb.
Avropa Birliyi 825 min nəfərə vətəndaşlıq verib
12:21
12 Mart 2019