2015-ci ildə baş verən devalvasiyadan sonra Azərbaycanda dollar kreditlərinin verilməsi dayandıılsa da, bankların kredit portfelində dollarla olaqn hissənin payı hələ də böyükdür. FED.az xəbər verir ki, hazırda bank sektorunun 12,6 milyard manatlıq kredit portfelinin təqribən 8 milyard manatı milli valyutada, 4,9 milyard manat isə dollardadır (2,9 milyard dollar) .
Ötən ilin sonu ilə müqayisədə əhaliyə dollarla verilən kreditlərin həcmi kəskin azalıb, bu da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dollar kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlərlə bağlıdır. Əvəzində 2018-ci ildə biznesin əldə etdiyi dollarla kreditlərin həcmi artıb.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirir ki, dollarla olan kreditlərin probleminin (yəni qaytarılması ilə bağlı problemi) həlli yolu yalnız həmin kreditlərin qaytarılmasıdır. ABA rəhbəri bildirir ki, söhbət təkcə bankların dollar krediini toplamaq istəyi ilə bağlı deyil, məsələnin iki tərəfi də var. Digər tərəf 0 banklarda əksəriyyəti dollarda olan əmanətlərdir.
Eləcə də bax: Kredit verən: "Deyirlər "bu faizlər adamları soyur", amma biz öz işimizi görürük"
Hazırda Azərbaycanın bank sektorunda 8 milyard manata yaxın əmanət var. Bu əmanətlərin böyük hissəsi dollarda yerləşdirilib. Əmanətlərin 3,1 milyard manatı milli valyutada, 3 milyard dollar (təqribən 5 milyard manat) isə xarici valyutada, yəni dollardadır. Doğrudur, bir il əvvəllə müqayisədə əmanətlərdə dolların çəkisi azalıb - 68%-dən 62,5%-ə enib. Amma hələ də əmanətlərin böyük hissəsi xarici valyatada olduğuna görə, banklar dollar kreditlərini manata çevirə bilmirlər: «Yəni hazırda banklarda iki problem var. Birincisi - ilin əvvəlindən bəri azalsa da hələ də yüksək olan əmanətlirin dollarlaşma dərəcəsi, ikincisi, devalvasiyadan əvvəl verilən kreitlərin dollarda mövcud olması və qalmasıdır».
Qeyd edək ki, dollarda kreditlərdəki problemlərin həlli üçün nəzəri olaraq iki yol var – həmin kreditlərin manata konvertasiya edilməsi, və ya həmin kreditlərin dollarda saxlanaraq vaxtının uzadılm ası, yəni müştərilərə krediti qaytarmaq üçün bir qədər də vaxt verilməsi. Z.Nuriyevin sözlərinə görə, əgər söhbət bu kreditlərin ödənilməsi mexanizmimindən gedinsə, «bankların burada edə biləcəyi yalnız və yalnız onların müddətinin uzadılmasından gedir. Çünki onlar (yəni kreditə verilən vəsaitlər) balansda bu şəkildə (dollar şəklində) mövcuddur».
Bu gün bank sektorunda olan əmanətlərin həcmi 8 milyard manat, əmanət hesablarının sayı isə 7,8 milyondur. Kredit hesabların sayı iə 1,5 milyondur: «Yəni bank sektoru bir tərəfdən 1,5 milyon kredit hesablarına, digər tərəfdən isə 7,8 milyon əmanət hesabına malik olan iki qrupun maraqlarını bərabər şəkildə müdafiə etməlidir. Bu mənada bankların verilən kreditlərin geri qaytarılmasından başqa hər hansı yolu yoxdur».
Z.Nuriyev dollar kreditləri məsələsinin həlli ilə bağlı başqa yolların olmasını isə istisna etməyib, «amma bu bank sektorunun səlahiyyətləri və imkanları xaricindədir».