Azərbaycanda fəaliyyət göstərən banklar 2018-ci ildə xarici valyuta ticarətindən gəlirlərini artırıblar.
FED.az-ın məlumatına görə, bunu mübadilə əməliyyatlarının sayının artması da göstərir.
ELƏCƏ DƏ BAX: Xaricilərin Azərbaycan banklarındakı əmanətləri artmağa başlayıb
Xüsusən də dollar və avronun həm alış, həm də satışı kəskin artıb. Mərkəzi Bankının məlumatlarına əsasən, ötən il kredit təşkilatları tərəfindən 3 mlrd. 406 mln. 108,7 min dollar (2017-ci illə müqayisədə artım 93,6%) və 661 mln. 712,1 min avronun (artım 25,6%) satışı həyata keçirilib.
2018-ci ildə banklar əhalidən xarici valyutanın alışını da artırıb. Xüsusilə banklar tərəfindən 2 mlrd. 37 mln. 197,1 min dollar (artım 17,5%), 302 mln. 501,4 min avro (artım 48,1%) alınıb. Halbuki 2017-ci ildə banklar dolların satışını 41,4%, alışını 32,3% azaltmışdılar.
2018-ci ildə dolların orta mübadilə məzənnəsi 1,6999 AZN/1 dollar (2017-ci ildə 1,7145 AZN/1 dollar), avronun - 2,0004 AZN/1EUR (2017-ci ildə 1,9672 AZN/1EUR) təşkil edib.
Banklardan dollar alışı kəskin artıb – RƏQƏMLƏR
19:20
4 Fev 2019