Yanvarın 28-dən 29-dək 21 cinayətin üstü “isti izlər”lə açılıb.
FED.az DİN-ə istinadən xəbər verir ki, bir gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 4 yol qəzası baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Eləcə də bax: Bakıda vətəndaşların pulunu mənimsəyən lombard sahibi yoxa çıxıb - VİDEO