Paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən “Lombard”dan qızıl qarşılığında pul götürən şəxslər indi qızıllarını geri ala bilmir.
FED.az-ın Baku TV-yə istinadən xəbərinə görə, şikayətçilər deyir ki, lombard sahibləri mağazanı bağlayıb, zənglərə isə cavab vermirlər.
Sakinlər deyirlər ki, həmin şəxslər 100-ə yaxın vətəndaşı aldadıb. Adıçəkilən lombardın sahibini tanıdığını deyən Zəminə Məhərrəmova bildirir ki, həmin qadın ona qarşı da dəfələrlə dələduzluq edib.
Eləcə də bax: Azərbaycanda keçmiş hakim - HƏBS EDİLDİ
Lombard sahibləri ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.