Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Ukraynanın Xarkov və Odessa şəhərinə uçuşlara başlayacaq.
FED.az aviaşirkətə istinadən xəbər verir ki, Odessaya uçuşlar bu il mayın 16-dan etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə mayın 3-dən etibarən həftənin çərşənbə axşamı və cümə günləriyerinə yetiriləcək.
Qeyd edək ki, "Buta Airways" artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.
Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif bir tərəfə 29 avro təşkil edəcək.
Eləcə də bax: İstanbula uçmaq istəyənlərə şad xəbər - QİYMƏTLƏR ENDİRİLDİ