Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin Ankaranın kürdlərə hücum edəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdidinə münasibət bildirib.
FED.az xəbər verir ki, Anadolu agentliyinin məlumatına görə, İ.Kalın deyib: “Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıqla bağlı öhdəliklərini yerinə yetirməyi və buna terror təbliğatı ilə kölgə salmamağı gözləyir”.
Eləcə də bax: "Kürdlərə hücum etsələr Türkiyəni iqtisadi olaraq məhv edəcəyik"
Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun da bildirib ki, Ankara kürdlərin düşməni deyil, himayədarıdır. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün Suriyada terror təşkilatlarına qarşı əməliyyatlar aparır və buna davam edəcək.