Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlayıb.
FED.az Palataya istinadən xəbər verir ki, 21, 24-27 dekabr 2018-ci il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün MBNP-da attestasiya keçirilib.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 11 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Eləcə də bax: Sığorta agentlərinin lisenziyası ləğv edilib – PALATADAN SİYAHI
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Siyahıya buradan baxa bilərsiniz.
Sığortaçılar üçün attestasiyanın nəticələri - AÇIQLANIB
12:05
28 Dek 2018