Bu gün Bakı Fond Birjasında (BFB)Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101072S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ELƏCƏ DƏ BAX: Sabaha olan məzənnə - AÇIQLANDI
BFB-dən FED.az-a verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4004 AZN (7,76%) ilə 99.2479 AZN (9,74%) arasında olan 19 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 498, 944, 100.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2479 AZN (9.74%), orta ölçülmüş qiyməti 99.2791 AZN (9.34%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil edib.
Notların ödəmə tarixi 23 yanvar 2018-ci ildir.
Notların yerləşdirilməsi üzrə hərracın – NƏTİCƏLƏRİ
19:18
26 Dek 2018