"Bitkoin"in məzənnəsi son 1 gündə 4,10% bahalaşaraq 4 211 dollar olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 73,456 mlrd. dollara kimi irəliləyib.
FED.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 91%-i dəyər əldə edib. Rəqəmsal valyuta bazarının toplam həcmi 142,455 mlrd. dollara çatıb.
“Ripple”ın məzənnəsi 5,06% bahalaşaraq 0,387 dollar olub. Altkoinin bazar dəyəri 15,816 milyard dollar həddində qərarlaşıb.
"Ethereum" son sutkada 15,91% artıb və 150 dolların ətrafında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 15,501 milyard dollar olub.
"СoinМarketСap"in Bakı vaxtı ilə saat 08.25-ə olan məlumatları aşağıdakı kimidir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir