Bank VTB (Azərbaycan) bu ilin əvvəlindən etibarən hüquqi şəxs müştərilərinin sayını kəskin artırıb. FED.az xəbər verir ki, bu barədə bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov mətbuata müsahibəsində bildirib.
«Cari ilin əvvəlindən bizim hüquqi şəxslər üzrə müştəri bazamız 25% artdı və hazırda 1425 nəfərə çatıb ki, bunlardan 60%-i Rusiya ilə dövriyyəsi olan transsərhəd şirkətlərdir. Onlardan bəziləri Rusiya kapitalına malikdir»-deyfə bankir qeyd edib.
Eləcə də bax: Azərbaycan bankı gələn il üçün - PLANLARINI AÇIQLADI
Bank VTB (Azərbaycan) nümayəndəsinin sözlərinə görə, hazırda Azərbaycanla Rusiya arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Rəsmi məlumata əsasən, 2018-ci ilin birinci yarısında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 15%-dən çox artaraq təxminən 1,5 mlrd. ABŞ dollarına çatıb: «Mənim fikrimcə, ticarət dövriyyəsinin həcmi artmağa davam edəcək və iki ölkənin biznesi arasında "maliyyə körpüsü" rolunu oynayan bankımız gələcəkdə dövriyyələrin və müştərilərimizin sayının stabil artımını proqnozlaşdırır».
Müştəriləri sayını 25% artırmışıq – BANKDAN AÇIQLAMA
10:57
13 Dek 2018