Kriptobirjalarda bitkoinin və digər kriptovalyutaların qiyməti kəskin ucuzlaşıb. FED.az xəbər verir ki, son bir sutka ərzində bitkoin 423 dollar və ya 11% ucuzlaşaraq 3854 dollardan 3431 dollara enib. 
«Ripple»nin qiyməti 10% ucuzlaşaraq 30,5 sentə, Etherium isə 16% ucuzlaşaraq 101 dollardan 86 dollara enib. 
Ümumiyyətlə bazar payı ən böyüak olan 100 kriptovalyutadan 92-nin qiymətində ucuzlaşma, yalnız 8-də bahalaşma baş verib. Ən böyük ucuzlaşma «Factom» (32,3%), Polymath (27,5%) baş verib. 
Bahalaşma isə «XYO Network» (20,7%) və «Bitcoin SV» (15,7%) kriptovalyutalarında baş verib. 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Bitkoin 3500 dollardan aşağı düşdü
                            
                            
                        
                            09:41
                            7 Dek 2018
                        
                        




                
                
                
                
                
                
                
                
                
                
                
                







