Gürcüstanın ucuz aviaşirkəti uçuşları dayandırır. FED.az xəbər verir ki, Gürcüstanın ucuz aviaşirkəti MyWay Airlines gələn ilin martına qədər Tel-Əvivdən başqa bütün istiqamətlərə uçuşlarını dayandırır. Şirkətin kommersiya direktoru İqor Aptsiauri bildirib ki, bunun əsas səbəbi sərnişin axınının azalmasıdır. Nəticədə şirkət əvvəlcə Xarkova, sonra isə Kiyevə uçuşları dayandırıb.
Bundan başqa, şirkət rəçmisinin sözlərinə görə, bilet satışı sisteminin dəyişdirilməsi də gözlənilir. Nəhayət, yanvar-fevral aylarında təyyarələr texniki baxışdan keçiriləcək.
MyWay Airlinesin nümaynədəsi bildirib ki, şirkət uçuşlara icazə və tezlik ala bilmədiyinə görə, yay mövsümü faktiki olaraq baş tutmayıb.
«Bundan başqa, biz çox byöük və raqsız rəqabətlə üzləşmişik»-deyə şirkət təmsilçisi bildirib.
Qeyd edək ki, «MyWay Airlines» Çinin «Hualing Group» şirkəti tərəfindən təsis edilib. Ötən ilin noyabrında Çindən ümumi qiyməti 43,4 milyon dollar olan iki təyyarə gətirilib. Şirkətin ilk reysi bu ilin martında Tehrana baş tutub.
Ümumiyyətlə, Çinin «Hualing Group» şirkəti Gürcüstan ərazisində böyük layihələr reallaşdırır. Bu şirkət Tbilisi kənarında böyük Olimpiya kəndinin inşasını reallaşdırıb. Burada 2015-ci ildə Tbilisi 2015 idman festivalı keçirilib. Elə indi də şirkət şəhər kənarında böyük qəsəbənin tikintisi ilə məşğuldur.