“Son 1 ildə Azərbaycanda 1500-dən çox müəssisə və obyekt hərraclarda satılıb, indiyədək isə ümimilikdə 50 mindən çox müəssisə və obyektin özəlləşdirilməsi işi həyata keçirilib”.
Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında çıxışı zamanı bildirib.
Onun sözlərininə görə, son 2 ildə özəlləşdirmədən dövlət büdcəsinə 200 mln. manatdan çox vəsaitin köçürülməsi təmin edilib: “1600-dən çox səhmdar cəmiyyət yaradılaraq səhmləri özəlləşdirilib. 300 mindən çox şəxs səhm sahibi olub”.
K. Həsənov bildirib ki, 125-ə yaxın müəssisə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib: “Bu dövr ərzində qalib investorlar tərəfindən müəssisələrə 1,1 mlrd. ABŞ dollarından çox investisiya yatılıb. 20 minə yaxın yeni iş yeri açılıb”.
ƏMDK sədri bildirib ki, ümumilikdə 1,7 mln. artıq vətəndaş bu və ya digər formada özəlləşdirmədən faydalanıb: “Nəticə olaraq ölkənin ümumi daxili məhsulunda özəl sektorun payı 83%-ə çatıb”.