Azərbaycanda bankda əmanəti olanlaın sayı və əmanətlərin məbləği sürətlə artır.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən xəbər verir ki, 2026-cı ilin iyun ayının sonuna banklarda müddətli əmanəti olanların unikal sayı 220 min 609 nəfər olub. Unikal əmanətçi – FİN nömrə ilə hesablanan əmanətçi sayılır, burada şəxs neçə bankda hansı məbləğdə əmanətinin olmasında asılı olmayaraq 1 nəfər hesablanır.
Son bir ayda bankda əmanəti olanların sayı 4485 nəfər, ilin əvvəlindən indiyədək isə 26 475 nəfər (13%) artıb.
Ümumiyyətlə isə son iki il yarımda – 2023-cü ilin sonundan bəri bankda əmanəti olanların sayı 2 dəfədən çox artıb. 2023-cü ilin sonunda bankda müddətli əmanəti olanların sayı 107 min nəfər ətrafında idi.
Bir il əvvəl – 2025-ci ilin iyunun sonunda isə bankda əmanəti olanların sayı 168 173 nəfər idi, yəni bir ildə əmanətçilərin sayı 52 min nəfər və ya 31% artıb.
Əmanətçi sayının artımı ilə yanaşı, bir əmanətçiyə düşən əmanət məbləği azalmaqdadır.
Beldə ki, Mərkəzi Bankın məlumatlarından aydın olur ki, hazırda, yəni 2026-cı ilin iyunun sonuna hər əmanətçiyə düşən müddətli əmanətin orta məbləği 51 425 manat təşkil edir.
Bir il əvvəl, 2025-ci ilin iyununda bu məbləğ 55 942 manat, 2025-ci ilin sonunda isə 53 138 manat təşkil edib.















