Bu ilin ilk yarısında ölkənin aparıcı sığorta şirkətlərindən olan “Xalq Sığorta” ASC-nin gəlirləri 18 milyon 27 min manat təşkil edərək, ötən ilin eyni dövrünə nəzərən 2 milyon 356 min manat və ya 15% artım göstərib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin gəlirlərinin 13 milyon 633 min manatı əsas əməliyyat gəlirlərindən, 4 milyon 651 min manatı investisiya gəlirlərindən, 995 min manatı digər gəlirlərindən formalaşıb. İnvestisiya gəlirlərini 3,4 milyon manat (3,7 dəfə) artıran şirkət xalis sığorta ehtiyatlarının dəyişməsinə 1 milyon 251 min manat sərf edib.
Hesabat dövründə şirkətin xərclərinin həcmi 13 milyon 266 min manat olmaqla, ötən ilin ilk yarısı ilə müqayisədə 1 milyon 447 min manat (12,2%) artıb.
Xərclərin 7 milyon 654 min manatını əsas əməliyyat xərcləri 5 milyon 498 min manatını işlərin aparılaması xərcləri, 114,7 min manatını digər xərclər tutub.
Şirkətin maliyyə mənfəəti 4 milyon 761 min manat, mənfəət vegisi xərci 424,7 min manat olub. Yekunda şirkət ilin birinci yarısını 4 milyon 336 min manat xalis mənfəətlə başa vurub ki, bu da, ötən ilin ilk yarısındakı 3 milyon 852 min manat xalis mənfəətdən 484,7 min manat və ya 12,3% daha çoxdur.
Bu ilin iyun ayının sonunda şirkətin cəmi aktivlərinin həcmi 92 milyon 198 min manat təşkil edib. Öhdəliklərin həcmi isə 31 milyon 820 min manata bərabər olub.
Nəticə olaraq, 2026-cı ilin ilk yarısının sonunda şirkətin cəmi kapitalı 60 milyon 378 min manata bərabər olub. Kapitalın 58 milyon 750,5 min manatı nizamnamə kapitalının, 1 milyon 628 min manatı bölüşdürülməmiş mənfəət təşkil edib.











![“Xalq Sığorta”dan güclü maliyyə göstəriciləri: [red]18 MİLYONLUQ GƏLİR – XALİS MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/2395426.jpg)
![“Xalq Sığorta”dan güclü maliyyə göstəriciləri: [red]18 MİLYONLUQ GƏLİR – XALİS MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/3185022.jpeg)
![“Xalq Sığorta”dan güclü maliyyə göstəriciləri: [red]18 MİLYONLUQ GƏLİR – XALİS MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1391664.jpeg)
![“Xalq Sığorta”dan güclü maliyyə göstəriciləri: [red]18 MİLYONLUQ GƏLİR – XALİS MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/3929757.jpeg)
![“Xalq Sığorta”dan güclü maliyyə göstəriciləri: [red]18 MİLYONLUQ GƏLİR – XALİS MƏNFƏƏTDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1836836.jpeg)









