“Bəzən deyirlər ki, Mərkəzi Bankın biznes kreditlərində tələblər çox sərtdir. Mərkəzi Bankın demək olar ki, kreditləşmədə tətbiq olunan girovlara ümumiyyətlə tələbi yoxdur”.
Mərkəzi Bankın sədri: Makroiqtisadi sabitliyə ciddi risk görmürük - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuata müsahibəsində deyib.
Sədr qeyd edib ki, yalnız məcmu kapitalın 10%-dən artıq verilən kreditlərdə deyirik ki, girov olmalıdır:
“Amma 10%-dək bizim ümumiyyətlə heç bir girov tələblərimiz yoxdur. Sistem əhəmiyyətli bankları istisna etsək (çünki orada kapital lap böyükdür), digər banklara baxsaq, orta bir bank üçün bu 12-15 milyon pul deməkdir”.
Taleh Kazımovun sözlərinə görə, bu gün Azərbaycan bankları sistem əhəmiyyətli banklar istisna olmaqla, bir borcalana təxminən 10-15 milyon manatadək girovsuz kredit verə bilər:
“Artıq məcmu kapitalın 10%-dən artıq olan kreditlərə Mərkəzi Bank deyir ki, bəli, təminat olmalıdır və təminatın qiymətinin kreditə nisbəti 150% olmalıdır. Bu sahədə də bəzi çətinliklər, problemlərimiz var, biz bunu həm hökumətlə, həm maliyyə sektoru ilə həll edirik. Düşünürük ki, girovların qiymətləndirilməsi sahəsində də yenilikləri qısamüddətdə görəcəyik”.















